Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:56

Hər il 10-20 milyon insan intihara cəhd edir


Nadir İsmayılov
Nadir İsmayılov
İntihar son illərdə Azərbaycan üçün çox aktual bir sosial problemə çevrilib.

AzadlıqRadiosunun «İşdən sonra» proqramında Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, tibb elmləri doktoru Nadir İsmayılov son vaxtlar ölkədə baş verən intiharlar barədə danışarkən belə deyib. O bildirib ki, intiharların sayı son illərə nisbətən 8-10 dəfə artıb:

«Əvvəllər həmişə bizə deyərdilər ki, Azərbaycanda, o cümlədən bir çox müsəlman ölkələrində intihar olduqca azdır. Biz bununla hətta bəzən fəxr edirdik. Bəzən buna izahat tapmağa çalışırdıq. İzahatı da belə idi ki, bizdə ailə ənənələri var, dini ənənələr var, yaxın qohumların münasibətləri bəzən bu proseslərə mane olur. Ancaq son zamanlar təəssüf ki, biz bunu deyə bilmirik».

Psixoloq Cavad Əfəndi isə intiharların səbəblərini izah etməyə çalışıb. O deyib ki, intiharın ən azından iki növü var - psixi pozuntudan və ya insanın qeyri-adekvat hərəkəti nəticəsində baş verən intiharlar və şüurlu, tam aydın qərar nəticəsində həyata keçirilən intiharlar. Ümumiyyətlə, intihar məşhur ölüm növlərindəndir:

«HƏR İL BİR MİLYONDAN ARTIQ İNSAN ÖZ HƏYATINA SON QOYUR. Özlərinin qərarları ilə. Hər il 10-20 milyon intihar cəhdi qeydə alınır».

Cavad Əfəndi
Psixiatr Nadir İsmayılov bildirir ki, intiharlar arasında emosional sarsıntı nəticəsində olanları çoxluq təşkil edir:

«İnsan haqsızlıqla, qanunsuzluqla qarşılaşanda, daha çox çıxış yolu tapa bilmir. Qanun onun imtiyazlarını ödəyə bilmirsə, onun tələbatına cavab vermirsə, yaxud da qanunsuzluğa rəvac verən insanlar çox qəddar hərəkət edirsə, intihar üçün səbəb yaranır».

Psixoloq Cavad Əfəndi isə deyir ki, dünyagörüşü güclü olan və dini doğru-dürüst qavrayan insanların olduğu cəmiyyətlərdə intiharların sayı daha azdır:

«O ölkələrdə intiharın sayı daha çoxdur ki, orada cəmiyyət, siyasət, iqtisadiyyat elə vəziyyətdədir ki, insanın daxili dünyasında titrəyişlər baş verdiyi zaman həmin o stressə qarşı onun davamiyyəti olmur...».

XS
SM
MD
LG