Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:48

Gürcü polisi İmedi TV-nin yaxınlığında bomba tapıb


Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə yerləşən müstəqil İmedi TV-nin yaxınlığında azı iki bomba tapıldığı barədə xəbər verib. Reuters daxili işlər nazirliyinin sözçüsü Shota Utiashvil istinadən bildirir ki, bombaları Rusiya xüsusi qüvvələri bura yerləşdirib. Hər hansı həbslə bağlı məlumat verilmir.

2008-ci il aralarındakı qısa müddətli müharibədən sonra Gürcüstan tez-tez Rusiyanı onun ölkəsinin işlərinə qarışmaqda ittiham edir.

Ötən ilin dekabrında Gürcüstan hüquq-mühafizə orqanları bomba partlayışlarına görə Rusiya hərbisi ilə əlaqədə olan 6 adamı həbs edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG