Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Bahalaşan şəkər tozu, «Azərsu»dan sonra «Azərenerji» və...


Azerbaijan -- press review - 24Feb2011

Azerbaijan -- press review - 24Feb2011

«ŞƏKƏR TOZU NİYƏ BAHALAŞIR?»

«Yeni Azərbaycan» qəzeti yazır ki, hökumətin daxili bazarda süni inhisarçılıq hallarına qarşı mübarizə tədbirlərini gücləndirməsinə baxmayaraq, bəzi işbazlar yenə də öz əməllərini davam etdirməkdədirlər.

Qəzet sual edir: «Doğurdanmı «Azərsun Holdinq» inhisarçılıqla bağlı mübarizə tədbirlərinə əhəmiyyət vermir?!»

«Daxili bazarda baş verən proseslər bir daha göstərir ki, qiymət artımı bazardakı tələb və təklifin nəticəsi yox, süni inhisarçılığın əlamətidir. Bu tendensiya isə belə bir fikir yaradır: doğurdanmı şəkər istehsalına nəzarət edən şirkət inhisarçılıqla mübarizə tədbirlərinə əhəmiyyət vermir?!

«BÜTÜN DÖVLƏT QURUMLARI MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİR»

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin fevralın 23-də Biləcəri qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışını dərc edib. Prezident adıçəkilən nazirliyin beş il əvvəl yaranmasının mühüm bir addım olduğunu bildirib:

«Əgər vaxtilə Fövqəladə Hallar Nazirliyi yaranmasa idi, yəqin ki, bu təbii fəlakətlər bizim üçün ağır keçə bilərdi. Azərbaycanda bütün strukturlar, bütün dövlət qurumları müasir tələblərə cavab verməlidir. Ölkəmiz inkişaf edir, müasirləşir. Azərbaycan bu gün dünya miqyasında özünə layiq yerini tuta bilmişdir. Ölkə daxilindəki proseslər müsbət istiqamətdə gedir. Ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçmişdir. Müstəqilliyimizin möhkəmləndirilməsi işində çox önəmli addımlar atılmışdır, böyük nailiyyətlərimiz vardır. Ölkəmizin uğurlu və uzunmüddətli inkişaf strategiyası icra edilir. Ölkəmiz yeniləşir, abadlaşır, gözəlləşir».

«AZƏRSU»DAN SONRA «AZƏRENERJİ» DƏ...»


«Azadlıq» qəzeti yazır ki, Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev «Azərsu»dan sonra «Azərenerji»ni də nəzarətinə keçirmək istəyir:

«Rövnəq Abdullayev bayraq meydanı ilə bağlı baş verən hadisədən sonra daha da ruhlanıb.

Bayraq meydanının tikintisi «Azərenerji»nin prezidenti Etibar Pirverdiyevə tapşırılmışdı. Lakin sonradan bəlli oldu ki, «Azərenerji»nin rəhbəri ona göstərilən etimadı doğrultmayıb. Bayraq meydanının açılışından bir gün sonra bayrağın cırılması, bir neçə həftə əvvəl isə qüllənin əyilməsi «yuxarılar»da ciddi narazılığa səbəb olub. Baş verənlərdən sonra Etibar Pirverdiyevin tutduğu vəzifədən azad edilməsi gündəmə gəlib».

«BİLİRİK Kİ, BAKININ MƏRKƏZİNDƏ KİMLƏRİN NEÇƏ VİLLASI, ŞİRKƏTİ VAR»

«Bizim yol» qəzeti korrupsionerlərin siyahısını prezidentə təqdim etməyə hazırlaşdıqlarını bildirən hakimiyyətyönlü Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə ilə müsahibə dərc edib:

«Biz balaca Azərbaycanda yaşayırıq. Bilirik ki, Bakının mərkəzində kimlərin neçə villası, şirkəti var. Bunlar bəlli məsələdir. Ancaq bu gün düşünürüksə ki, müttəfiqlərimizlə birlikdə təhlillər aparıb ortaya mövqe qoyaq, bu halda vaxtından tez nə isə demək yanlış olardı», - deyə Məmməd Əlizadə bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG