Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

Yaşar Nurinin səhhəti normallaşıb


Türkiyənin İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artsti Yaşar Nuri martın əvvəlində Bakıya gəlməyə hazırlaşır. Yaşar Nuri ANS-ə açıqlamasında bildirib ki, səhhətindəki problemlər nisbətən aradan qalxıb, ancaq qida qəbul etməsində problemlər yaranıb.

Y. Nuri qeyd edib ki, 8 mart beynəlxalq qadınlar gününü vətənində keçirtmək istəyir, amma səhhəti ilə bağlı vətənə mart ayının axırlarında dönə bilər.
“Hamı arxayın olsun, mən yenə səhnədə olacam”, - tanınmış aktyor deyib

Ötən ilin noyabrında Yaşar Nurinin səhhəti pisləşmişdi və o, İstanbul Memorial Xəstəxanasına aparılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG