Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:55

Xaricilər Liviyanı tərk etməyə çalışırlar


Minlərlə xarici vətəndaş Liviyadan qaçıb can qurtarmağa çalışır.
Hakimiyyət əleyhdarları məlumat verir ki, Liviyanın Benqazi və Tobruk şəhərləri də daxil olmaqla şərqi regionlara nəzarət edirlər.

Liviya rəhbəri Muammar Qaddafi bir çox ölkələrdə və beynəlxalq qurumlardakı səfirlərinin və silahlı qüvvələrin bəzi üzvlərinin istefası ilə üzləşiblər.

Xarici ölkələr eyni zamanda Liviyadakı vətəndaşlarını ölkədən çıxarmaqda davam edir. Bu ölkədə olan azərbaycanlıların bəziləri də ölkəni tərk edib. Onlardan bəziləri Ukraynadan göndərilmiş təyyarə ilə Kiyevə uçub.

Muammar Qaddafi 40 ildir hakimiyyət başındadır və ötən həftədən ayağa qalxan nümayişçilər ondan istefa verməyi tələb edir. Qaddafi xalqa qarşı zorakılıq işlədib, yüzlərlə ölən var. Beynəlxalq birliklər bu zorakılığı pisləyib.
XS
SM
MD
LG