Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:02

Milli Məclisin fevralın 22-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat, Kamilə Əliyeva bildirib ki, “Bu gün Azərbaycanda korrupsiya ilə bağlı geniş mübarizə işləri aparılır. Gizlətməli deyilik, bəzi nazirlik, komitə və idarə rəhbərlikləri özləri rüşvət alır. Bu da Azərbaycanın iqtisadi cəhətdən irəli getməsinə mane olur, həmçinin vətəndaşlarımızın hüquqlarının nazirlər və komitə sədrləri səviyyəsində pozulmasına gətirib çıxarır”. Mediaforum.az saytının həmin gün yaydığı məlumata görə deputat bəzi nazirlərin rüşvətxorluğa görə tabeliyində olanları sadəcə işdən çıxartmaqla kifayətlənməsini qənaətbəxş saymır. Bu və digər məsələlərlə bağlı deputat Kamilə Əliyevanın AzadlıqRadiosuna müsahibəsini təqdim edirik:

RÜŞVƏT ALANLAR DAHA CİDDİ CƏZALANDIRILMALIDIR


-Kamilə xanım, nazirlərin, komitə sədrlərinin rüşvət aldığını demisiniz, amma onlar korrupsiya, rüşbvətxorluğa qarşı addımlar atılması ilə bağlı yığıncaqlar keçirdirlər. Onda nazirlər, komitə sədrləri bu tədbirləri niyə təşkil edirlər?

- Yox. Mən demədim ki, komitə sədrləri, nazirlər rüşvət alırlar. Mən demək istədim ki, televizorda xəbərlərdən müşahidə edirik ki, Nazirlər, komitə sədrləri kimlərisə rüşvətə görə işdən azad edirlər. Mən də bildirdim ki, cinayət məcəlləsinin hansı maddəsində yazılıb ki, rüşvət almaq yalnız işdən azad olunma ilə cəzalandırılsın. Yəni mən hesab edirəm ki, belələrinə qarşı daha ciddi tədbirlər görülməlidir. Buna görə də Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilməlidir. Yəni fikrim belə idi ki, daha ciddi tədbirlər görülsə, bunun effekti də yüksək olar.

- Sizcə, nədən hakim partiyadan olan millət vəkilləri belə məsələlərlə bağlı az çıxış edirlər. Onlar bu barədə bilmirlər, ya kimlərsə nəyəsə görə danışmaq istəmirlər?


-Mən deməzdim ki, az olur hakim partiyadan bu barədə çıxışlar. Ola bilsin ki, bu barədə plenar iclaslarda çıxışlar o qədər də gözə çarpmır. Ammma komitə iclaslarında bu məsələlər daha geniş müzakirə olunur, fikirlər söylənilir. Ona görə də mən sizin bu fikrinizlə razı deyiləm ki, hakim partiyadan olan millət vəkilləri bu barədə danışmır, yaxud belə məsələlərə biganədilər.

HAKİM PARTİYA ÜZVLƏRİ, ELƏCƏ DƏ DİGƏR İNSANLAR ARASINDA DA BELƏLƏRİ OLACAQ

-Necə düşünürsünüz, rüşvətdə, korrupsiyada əli olanlar yalnız işdən çıxardılanlardır, ya çıxardanların da bu işdə li ola bilər?

-Əlbəttə, tək bunlar deyil ki. Ola bilsin bundan sonra hakim partiya üzvləri, eləcə də digər insanlar arasında da belələri olacaq. Görürsünüz ki, bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Özü də mən deməzdim ki, bu proses müvəqqəti xarakter daşıyır və hansısa dövrü əhatə edəcək. Bu iş davam etdiriləcək və ola bilsin ki, bundan sonra daha yüksək vəzifə sahibləri də belə işlə bağlı çəzalandırılacaqlar.

NAZİRLƏR, KOMİTƏ SƏDRLƏRİ ÖZLƏRİNDƏ MƏSULİYYƏT HİSS ETSİNLƏR


-Təklif edirsiniz ki, nazirlər, komitə sədrləri Milli Məclisə bu məsələlərlə bağlı hesabat versinlər. Sizcə verəcəklər yay yox?

- Onların da hesabat verəcəyini dəqiq deyə bilmərəm. Əslində məncə təklifim pis təklif deyil. Qoy nazirlər, komitə sədrləri, digər rəhbər orqanlarda calışanlar da özlərində məhsuliyyət his etsinlər və gəlib Milli Məclisdə, deputatlar qarşısında korrupsiya və rüşvətxorluğa qarşı hansı yollarla, hası mübarizə aparacaqları, hansı üsullarından istifadə edəcəkləri, gələcəkdə görəcəkləri işlərlə bağlı hesabat versinlər. Amma gəlib gəlməyəcəkləri barədə mən onların yerinə cavab verə bilmərəm.

-Gəlsələr yaxşı olardı?

-Əlbəttə. Hər halda prezidentimiz bu məsələni qaldırıbsa, və onun verdiyi göstərişlər yerlərdə həll olunursa, bu proses sözsüz ki, öz effektini verəcək.

MƏN ETDİYİM ÇIXIŞA CAVABDEHƏM

-Parlamentdə bu çıxışınız, sonradan sizə iradlar, təzyiqlər formasında hansısa narahatçılıq gətirmədi?

-Xeyir. Mən öz dediyim fikrə, etdiyim çıxışa, bir çözlə hər şeyə cavabdehəm. Yəni mənim də bir deputat olaraq öz fikrimi bildirmək hüququm var. Xatırlayırsınızsa, həmin iclasda tək bu korrupsiya ilə bağlı yox, digər qanun layihələrində olan maddələrə də öz fikrimi bildirdim.

-Qanunların hansı formada, necə qəbul olunmasının taleyini sizin də bildiyiniz kimi parlament çoxluğu, yəni hakim partiya olan YAP həll edir. Əgər qanunlarda boşluqlar varsa, nələrisə yünidən düzəltmək lazımdırsa, bu məsələdə kimə irad tutulmalıdır?

-Bilirsiniz, iş olan yerdə səhvlər, gözdən, fikirdən yayınmalar da ola bilir. Amma sonradan hər bir millət vəkili bu məsələlərə diqqət yetirir, öz fikir və təkliflərini verir ki, bu boşluqlar da aradan qalxsın. Və yəqin ki, bu da sonra öz bəhrəsini verir.

-Əgər bu çıxışınızdan sonra nazirlər, komitə rəhbərləri sizdən narazı qalıblarsa, onda nə etməli?

-Mən olanları demişəm və bunu onlar da bilirlər. Mənə elə gəlir ki, nəinki narazı qalmaq, hətta onlar mənim bu təkliflərimi, söylədiyim fikirləri dəstəkləyəcəklər. Buna inanıram.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Kamilə Əliyeva 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputatdır.

Şərhləri göstər

XS
SM
MD
LG