Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:13

Dövlət Katibinin birinci müavini Azərbaycana gəlir


ABŞ Dövlət Katibinin birinci müavini James B. Steinberg

ABŞ Dövlət Katibinin birinci müavini James B. Steinberg

ABŞ Dövlət Katibinin birinci müavini James B. Steinberg fevralın 23-də Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Sarkisyanın mətbuat xidmətindən AzadlıqRadiosunun erməni xidmətinə bildiriblər ki, görüşdə əsas müzakirə mövzusu Qarabağ münaqişəsinin həlli yolları olub. Müzakirədə Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan da iştirak edib.

James B. Steinberg son bir il ərzində iki dəfə bu münaqişənin həlli ilə bağlı müzakirələr aparıb. Erməni mənbələri bugünkü müzakirələrin detalları haqqında məlumat vermirlər.

Fevralın 24-də Steinbergin rəhbərlik etdiyi diplomatlardan ibarət nümayəndə heyəti Tbilisiyə, oradan da Bakıya gələcəklər.

ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə cənab Steinberg fevralın 23-dən 26-a qədər Ermənistan, Gürcüstan, Azərbaycan, Albaniya və Bosniyada səfərdə olacaq. Onu Qafqaz ölkələrinə səfərində Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Philip H. Gordon müşayiət müşayiət edir.

Səfirliyin məlumatında qeyd edilir ki, onlar bu üç ölkə ilə ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. ABŞ-ın yüksək vəzifəli diplomatları hər üç ölkədə ictimai təşkilatların təmsilçiləri və media nümayəndələri ilə də görüşlər planlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG