Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:02

12 il Avstraliyanın baş naziri olan John Howard demokratiya və azad bazarın qatı müdafiəçisi kimi tanınıb.
Son vaxtlar dünyada baş verənləri Howard necə qiymətləndirir?
Azadlıq Radiosunun qonağı olan Howard suallarımıza cavab verir.

Azadlıq Radiosu: Yaxın Şərqdə baş verən indiki hadisələri necə qiymətləndirirsiniz? Bunlar demokratik inqilablardır? Siyasi mədəniyyətdə dəyişiklikdir? Və bunlar hara aparacaq?

John Howard: Mən ümid edirəm ki, bunlar demokratik dəyişikliklərdir. Ancaq bunların necə işlədiyini görənə kimi fikir yürütməkdən çəkinməliyik. Lakin mən optimistəm.

Mənim xoşuma gələn o oldu ki, bu qədər nümayiş gördüm, onların heç birində anti-amerikanizm yox idi. Anti-İsrail motivləri də yox idi. Avtoritar rejimlərin düzəltdiyi nümayişlərdə isə bunlar həmişə olurdu.

Nümayişlərə gəlincə, burda gənclər çox idi. Bu da mesajların çoxluğu deməkdir.

Azadlıq Radiosu: 2003-cü ildə Siz Amerikanın İraqa müdaxiləsini dəstəkləyərək İraqa 2 min əsgər göndərdiniz. O vaxt ümid eləyirdilər ki, İraq Yaxın Şərqdə demokratiyanın başlanğıcını qoyacaq. Bunlar özünü doğrultdumu?

John Howard : İraqlılar azı 5 dəfə demokratik prosesə səs veriblər, o cümlədən yeni konstitusiyaya. Onlar bunu çox çətinliklərlə üzləşərək ediblər.
İndi ərəb ölkələrində baş verənlərlə o vaxtki İraq müharibəsi arasında əlaqə var. Mən deyə bilmərəm ki, əlaqə güclüdür, ancaq İraqın indiki ərəb dünyasına təsiri oldu.

Azadlıq Radiosu: Siz bir çox Qərb liderləri kimi avtoritar ölkə başçıları ilə görüşmüsünüz. Liviya lideri kütləni təyyarələrdən atəşə tutur, Çin 1989-cu ildə kütləni tanklarla dağıtdı. Avtoritar liderlərin hakimiyyətdən belə yapışmasına səbəb nədir?

John Howard: Bu, hakimiyyət hərisliyidir və hakimiyyəti korlamaqdır. Mənim görüşdüklərim arasında ən pisi vardı- bu, Rumıniya diktatoru Çauşesku idi. Mən onunla müxalifət lideri olduğum zaman, özü də məcburiyyətdən görüşmüşdüm və özümü çox pis hiss edirdim. Mən diktatorlarla görüşənləri qınamıram. Ancaq təəsürat çox pisdir.

Diktatorların düşüncəsi çox fərqlidir. Onların bəziləri az zorakı olsa da hamısının zorakı polis aparatı var. Onların hamısı işgəncə verir. Onların hamısı insan haqlarını pozur.

Azadlıq Radiosu: Bu avtoritar hakimiyyət düşüncəsini dəyişmək olarmı? İndi Yaxın Şərq ölkələrində insanlar küçələrə axışıb ki, bunu dəyişsinlər. Qərb ölkələri hansı köməyi göstərə bilər?

John Howard: Siz öz milli marağınızla hərəkət etməlisiniz, ancaq siz öz prinsiplərinizi və dəyərlərinizi qurban verməməlisiniz. Avstraliya böyük xammal ixracatçısıdır və Çin Avstraliyanın mühüm ticarət tərəfdaşıdır. Çində indiyə kimi avtoritar rejimdir.

Belə vəziyyətdə biz hansı yolla demokratiyanı irəlilədə bilərik? - Biz öz demokratik prinsiplərimizə güc verməliyik.

Məsələn, Çin rəhbərliyi mənə dedi ki, Dalay Lama ilə görüşməyim. Mən isə məhz buna görə Dalay Lama ilə görüşdüm.

Bizim əlimizdə qanunun aliliyi var. Bunu imkan olan kimi tətbiq etmək lazımdır.

Başqa yol mübadilədir. Çindən Avstraliyaya çoxlu tələbə gəlir, onlar bizdə gördüklərini gedib Çində tətbiq etmək istəyirlər.

Ticarət və başqa əlaqələr getdikcə ölkələri yaxınlaşdırır və yaxşılığa doğru dəyişdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG