Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:08

Brayza hakimiyyət və müxalifət nümayəndələrilə görüşüb


ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Bakıdakı iqamətgahında iqtidar və müxalifət nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirib.

Tədbirdə Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, ombudsman Elmira Süleymanova, YAP icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Müsavat Partiyasının başqanı İsa Qəmbər, onun müavini Arif Hacılı, partiya funksionerləri Qubad İbadoğlu, Hikmət Hacızadə, AXCP sədri Əli Kərimli, onun müavini Razi Nurullayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, hüquq-müdafiə təşkilatlarının nümayəndələri Novella Cəfəroğlu, Leyla Əliyeva, Leyla Yunus və başqaları iştirak edib.

Tanışlıq xarakteri daşıyan görüşdə Metyu Brayza iştirakçıları səfirliklə əməkdaşlığa çağırıb.
XS
SM
MD
LG