Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09
Keçmiş millət vəkili, Yeni Azərbaycan Partiyasının üzvü Əhəd Abıyev Daşkəsən rayonunun İcra hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə prezident İlham Əliyev fevralın 23-də sərəncam imzalayıb.

Keçmiş deputat Ə. Abıyev müstəqil surətdə 31 saylı Suraxanı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürmüşdü. Çünki YAP onun namizədliyini dəstəkləməmişdi.

Ötən il noyabrın 7-də keçirilən seçkilərdə Ə. Abıyev 489 səs toplayıb. MSK-nın məlumatına görə, o, seçkidə dördüncü olub. Həmin dairədən Fərəc Quliyev seçilib.

Bəzi müşahidəçilər Ə. Abıyevin AXCP sədri Əli Kərimlinin dairəsindən namizədliyini irəli sürməsini hakimiyyətin sifarişi kimi dəyərləndirirdi.

Keçmiş millət vəkili əsasən qalmaqallar yaradan bəyanatları və müxalifət liderlərinə qarşı sərt fikirləri ilə yadda qalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG