Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:34

Sabirabadda mitinq təşkilatçıları polisə çağırılıb


Sabirabad sakinlərinin Prezident Administrasiyası qarşısında aksiyası, 31 avqust 2010
Sabirabad sakinlərinin Prezident Administrasiyası qarşısında aksiyası, 31 avqust 2010
Sabirabadda fevralın 24-nə nəzərdə tutulan mitinqin təşkilatçılarından bəzisi polisə çağırılıb.

Bu barədə Sabirabad rayonu Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli kənd əhalisinin İctimai Birliyinin fəalı İlham Əmiraslanov AzadlıqRadiosuna məlumat verib:

«Polis haqsız olaraq bizim üzvləri incidir, var güclərini sərf edirlər ki, sabahkı tədbir baş tutmasın. Camaat cana doyub, yoxsulluq-səfalət içində yaşayır, bezmişik. Ona görə qərar vermişik ki, səhərdən aksiyalara start verək, mütəmadi keçirək. Biz burda təxribatla məşğul olmuruq. Bizim bir amalımız var ki, bizim kəndlərə su ilə terror olub, evlərimiz dağılıb, kompensasiyalarımız sərəncamda göstərilən məbləğdə ödənilməyib».

İ. Əmiraslanov deyir ki, Kür daşqınlarının 9 ayı tamamlansa da, əhalinin problemləri hələ də həll olunmayıb, dəyən ziyan aradan qaldırılmayıb.

Fevralın 24-də Kür daşqınlarının 9 ayı tamam olur. Bununla əlaqədar Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Axtaçı, eyni zamanda Saatlının Dəlilər və Novruzlu kəndlərinin sakinləri sabah mitinq keçirməyi planlaşdırır.

İ. Əmiraslanov deyir ki, mitinq iştirakçılarının şüarı belədir: «Korrupsiyaya və terrora «yox» deyirik!».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG