Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:11

Avropa Birliyi səfirləri Naxçıvanda rəsmi səfərdə olub


Avropa ittifaqının bayrağı

Avropa ittifaqının bayrağı

Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Fransa, İtaliya, Latviya, Litva, Hollandiya və Avropa Birliyi (AB) nümayəndəliyinin səfir və nümayəndələri fevralın 21-22-də Naxçıvanda rəsmi səfərdə olub.

Səfər zamanı Naxçıvanla olan əlaqələrin bütün aspektlərini müzakirə etmək və «Şərq Tərəfdaşlığı» kontekstində gələcək əməkdaşlıq sahələrini qiymətləndirmək fürsəti yaranıb.

Bu barədə AB-nin yaydığı məlumatda deyilir.

AB-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, səfər Avropa Birliyinin Azərbaycanın bütün regionları ilə eyni qarşılıqlı əlaqələr qurmaq niyyətində olduğunu nümayiş etdirir:

«İnanırıq ki, Naxçıvan və AB arasındakı daha güclü tərəfdaşlıq bir çox səviyyədə daha çox vədlər verə bilər».

Yerli hakimiyyət dairələri AB-ni əmin ediblər ki, Avropa Birliyi və ona üzv dövlətlərin istənilən zaman Naxçıvana səfərləri hər zaman səmimiyyətlə qarşılanacaq.

AB səfirləri Naxçıvan MR-nın Ali Məclisinin sədri, Daxili İşlər naziri, Ədliyyə naziri, İqtisadi İnkişaf naziri, Xarici İşlər Nazirliyinin nümayəndələri, Ombudsman, eləcə də müxtəlif sahələrdən olan Qeyri-Hökumət Təşkilatları və siyasi partiyalarla görüş keçirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG