Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Liviyada daxili işlər naziri etirazçıların tərəfinə keçib


Ərəb Dövlətləri Liqası açıqlama yayaraq Liviyanı təşkilatın iclaslarında təmsil olunmaq hüququndan məhrum edib. Təşkilat etirazçılara qarşı zorakılığa son qoyulmasını tələb edib.

Dünən televiziya ilə çıxışında Gaddafi deyib ki, o Liviya inqilabının lideridir, heç vaxt istefaya getməyəcək. O tərəfdarlarını bu gün küçələrə çıxıb etirazçıları cəzalandırmağa da çağırıb.

Daxili işlər naziri Abdul Fatah Yunis al-Abidi istefa verərək etirazçıların tərəfinə keçib. Fevralın 21-də ədliyyə naziri Mustafa Abdul Jalil də vətəndaşlara hədsiz güc tətbiqinə etiraz olaraq istefaya getmişdi.

Liviyada Muammar Gaddafinin 42 illik hakimiyyətinə qarşı keçirilən etiraz aksiyaları ötən həftədən başlayıb. Hakimiyyət aksiyaçılara qarşı amansız güc tətbiq edir. Hökumət fevralın 16-dan baş verən toqquşmalarda 111 hərbçinin, 189 mülki şəxsin öldüyünü açıqlayıb.

Ancaq müstəqil mənbələr ölənlərin sayının 600-dən artıq olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG