Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:06

«Ağstafa antologiyası» adlı kitab nəşr ediləcək.


Kitab Qərb zonasında yaşayıb-yaratmış insanların yaradıcılığı və əsərlərindən ibarət olacaq.

Bu haqda rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi Gülgün Kərimov məlumat verib. O, bildirib ki, bu məqsədlə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğuna, müasir yazarlardan Nüsrət Kəsəmənli, Məmməd Arif və bir çox yerli yazarların əsərləri toplanıb.

Kitab 720 səhifədən ibarət olacaq. Kitab üçün materialları toplayanlar filologiya elmləri namizədi Salatın Əhmədli və Vüsal Baratdır.

Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunur. Rəyçilər Parlamentin Mədəniyyət Komissiyasının sədri Nizami Cəfərov və yazıçı Nəriman Həsənzadədir.

Kitab yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG