Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:03
İranın iki hərbi gəmisi Süveyş kanalı ilə Aralıq dənizinə keçib. Bu, son 30 ildə İran gəmilərinin ilk belə səfəridir.

Devrilmiş Misir prezidenti Hüsni Mübarək buna icazə vermirdi.

Amma indi Misiri idarə edən ordu İranın Süveyş kanalından keçid icazəsi istəyinə "hə" deyib.

Gəmilər Suriyaya üzürlər. Bunun üçün onlar İsrail sahilinə yaxın beynəlxalq sulardan keçəcəklər.

İsrail İran gəmilərinin Aralıq dənizinə keçməsini "təxribat" adlandırıb və İranın Yaxın Şərqdə dominantlıq etmək istədiyini bildirib.

İran gəmiləri bu səfərlə NATO-nun cənub cinahına yaxınlaşıblar. Gəmi məsələsi Yaxın Şərqdə daha bir qarşıdurmaya gətirib çıxara bilər.

Onsuz da hökumət əleyhinə etirazlarla regionun bir neçə ölkəsində sabitlik pozulub.

İran donanmasının komandanı, general Əbdülrəhim Musəvi deyib ki, gəmilər "sionist rejimini" təəccübləndiriblər.

"Dünyanın yekəxana dövləti (ABŞ-ı nəzərdə tutur - red.) bilməlidir ki, İslam Respublikasının ordusu İslam İnqilabının müqəddəs ideallarını müdafiə etməyə hazırdır və bu hazırlığın səviyyəsi getdikcə artır".

Bu barədə İSNA agentliyi məlumat yayıb.

Vaşinqtonda isə ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli məsələyə münasibət bildirmək istəməyib. O nə İran gəmilərinin Suriyaya səfərinə, nə də Misirin buna icazə vermək qərarına münasibət bildirib.

Süveyş kanalı böyük strateji əhəmiyyətə malikdir. 1869-cu ildə tikintisi başa çatdırılan bu süni kanal Aralıq və Qırmızı dənizləri birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG