Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18

İranda müxalifət liderinin oğlu həbs edilib


İran müxalifətinin liderlərindən Mehdi Karrubi-nin oğlu həbs edilib. İranın müxalifət mediasının yaydığı xəbərə görə, Ali Karrubi fevralın 21-də həyat yoldaşı ilə birgə həbs olunub. Günün sonuna Karrubi-nin arvadını buraxıblar.

Prezidetnliyə keçmiş namizədlər Mehdi Karrubi və Mihüseyn Musavi ötən həftədən bəri ev həbsindədirlər.

Fevralın 14-də Misirlə həmrəylik nümayişinə çağırandan sonra onları evdən çölə çıxmağa qoymurlar. 14 fevral aksiyası İranda son bir ildə ən iri nümayiş idi. Budnan sonra hakim rejimin tərəfdarları müxalifət liderlərinin edamını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG