Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23

Liviyada hökumət insanlıq əleyhinə cinayət işləyir


BMT İnsan Haqları Komissarı Navi Pillay Liviyada etirazçılara qarşı zor gücündən istifadəni araşdırmaq üçün beynəlxalq komissiya yaratmağa çağırıb. Əvvəllər BMT hərbi tribunalının hakimi olan Pilay verdiyi bəyanatda zorakılqıdan istifadəni pisləyib və deyib ki, etirazçılarlara qarşı sistemaik olaraq güc tətbiq edilməsi insanlıq əleyhinə cinayətdir.

Şahidlər və müxalifət bildirir ki, Liviya lideri Muammar Qaddafi bir neçə şəhərdə, o cümlədən Tripoli və Benghazidə etirazçı kütləyə atəş açdırıb. Şahidlərin sözlərinə görə, Tripolinin bəzi küçələri cəsədlərlə tıxanıb.

Liviya televiziyası isə qırğınla bağlı iddiaları yalan adlandırıb.

BMT Baş katibi Ban Ki-moon da təcili olaraq etiraçıların qırğının;n dayandırımasını tələb edib.

BMT Təhlükəsizlik Şurası Nyu-Yorkda, Ərəb Liqası ölkələri isə Qahirədə yığışıb Liviyadakı durumu müzakirə edəcəklər.

Liviyanın Benghazi aeroportunun ciddi xəsarət görməsi haqda xəbərlərin ardından Misir ordusu Liviyayla quru sərhədində toplaşmağa başlayıb. Liviyada 1 milyona yaxın Misir vətəndaşı var. və on minlərlə misirlinin Liviyadan quru yoluyla qayıtmağa çalışdığı haqda məlumatlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG