Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:20

Nigar Köçərli: “Bir məşhur yazıçı bizə zəng vurub, özünü tapşırıb”


Milli Kitab Mükafatı ətrafında mübahisələr səngimir. Münsiflər Heyətinin üzvlərindən ikisi – Şahbaz Xuduoğlu və Rəşad Məcid arasında gedən fəal mükalimə, mükafatın bu ilki şərtləri, yeniliklər və s. məsələlər barədə Lent.az-ın suallarını MKM-in təsisçisi Nigar Köçərli cavablandırır.


- Nigar xanım, son vaxtlar Şahbaz Xuduoğlu və Rəşad Məcid arasında mübahisə başlayıb.

Rəşad Məcid Pərvizin və Samir Sarının kitablarını tənqid etdi, Şahbaz Xuduoğlu isə müdafiəyə qalxdı. Milli Kitab Mükafatının şərtləri pozulmur ki?


- Əvvəla, hər iki münsifə böyük hörmətim var. Rəşad Məcid müasir ədəbiyyat üzrə məlumatlı insandır.

Onun nəşr etdiyi 525-ci qəzet ədəbiyyat sahəsini ən geniş işıqlandıran qəzet hesab olunur.

Həmçinin Yazıçılar Birliyinin gənclər üzrə katibi kimi gənclərin inkişafında yardım göstərir.

Ötən il ağır il idi, MKM təzə təsis olunmuşdu, çətinliklərimiz çox idi.

Rəşad Məcid MKM-in təbliğində yardım etdi.


"Bu yazıçıya və belə hərəkətləri edən digər yazıçılara deyirəm ki, bu hallara görə onların əsərləri MKM-dən çıxarıla bilər".
Öz işini buraxaraq könülü şəkildə bizimlə regionlara getdi və MKM-in məqsəd və məramı barədə görüşlərdə məlumat verdi. Rayonlarda görüşlər bilavasitə onun sayəsində baş tutdu.

Digər tərəfdən, Şahbaz Xuduoğlu tanınmış naşirdir, demək olar ki, yeganə naşirdir ki, çətinliklərə baxmayaraq öz hesabına gənc yazarların əsərlərini nəşr edir və onları təbliğ edir.

Ötən il münsif olmasa da, MKM-ə böyük dəstək verdi, onluğa düşən kitabları biz onun nəşriyyatında nəşr etdik, hətta onlardan birinin sponsoru özü oldu.

Bütün bunlara görə mən onların ikisinə də minnətdaram.

Düşünürəm ki, çağdaş ədəbiyyat tariximizdə artıq hadisəyə çevrilmiş MKM-ə qoşulmaqla onlar ikisi də ədəbiyyatımızın inkişafında nə qədər maraqlı olduqlarını göstərdilər.

Onlar arasındakı ədəbi mübahisəyə gəlincə isə mən bunu normal qarşılayıram.

Hər bir münsif əsərlər haqqında açıq fikir söyləməyə borcludur.

Çünki ötən ildən fərqli olaraq bu il şərtlər belədir. Ona görə Rəşad Məcidin hər hansı əsəri tərifləmək və tənqid etmək haqqı var.

Mən Şahbaz Xuduoğlunu da başa düşürəm, Pərvizin və Samir Sarının əsərlərini o nəşr edib və naşir kimi nəşr etdiyi kitabların önə çıxmasında maraqlıdır. Mən burda qayda pozuntusu görmürəm.

Sağdan sola - Nigar Köçərli, tənqidçi Tehran Əlişanoğlu, şair Zahir Əzəmət Azadlıq Radiosunun "Pen klub" verilişində, 16 dekabr 2010
Əksinə, MKM-in məqsədlərindən biri də ədəbiyyatı ictimailəşdirməkdir, bu mənada belə müzakirələr çox əhəmiyyətlidir.

- Sizcə, bu müzakirələr ekspertlərə təsir etməyəcəklərmi?

- Ekspertlər peşəkar, öz işlərini yaxşı bilən və obyektivliyinə böyük ümidlər bəslədiyim insanlardır.

Hər hansı ictimai müzakirənin onların rəyinə mənfi təsirinə inanmıram.

Onlar üçün əsas qiymətləndirmə meyarı əsərin keyfiyyətidir.

- Ekspertlərə başqa hər hansı təsir varmı?

- Əlbəttə, zəng edənlər, tapşırılanlar var.

Məsələn, bir tanınmış yazıçı demək olar ki bütün ekspertlərə zəng edib və münsiflərə də özünü tapşırıb.

Bu yazıçıya və belə hərəkətləri edən digər yazıçılara deyirəm ki, bu hallara görə onların əsərləri MKM-dən çıxarıla bilər.

Mən hazırda onun adını açıqlamaq istəmirəm amma ümid edirəm ki, o mənim dediklərimdən nəticə çıxarıb ekspertlər və münsiflərə təzyiq göstərməyəcək.

Onsuz da bu təsir onun öz əleyhinədir.

- Mükafatın bu mərhələsini neçə qiymətləndirirsiz?

- Məncə, işlər uğurlu gedir. Bu böyük layihədir, işləri çoxdur.

Ədəbiyyat sahəsində ən böyük layihədir. Layihəyə Bakcell, Unibank kimi böyük şirkətlərin dəstək verməsi çox təqdirəlayiqdir, əslində onlar bununla ədəbiyyata və Azərbaycan mədəniyyətinə dəstək vermiş olurlar.

Çox istərdim ki, bu cür layihələrin sayı artsın.

- Nəticələr nə zaman açıqlanacaq?

- Martın 20-də uzun siyahı, martın 27-də isə qısa siyahı açıqlanacaq. Ondan sonra isə əsərlər Münsiflər Heyətinə veriləcək və onlar mayın 31-ə qədər qalibləri müəyyənləşdirməlidir.

Xatırladım ki, birinci yerin qalibi 3000 manat, 2-ci yerin qalibi 2000, 3-cü yerin qalibi isə 1000 manat məbləğində mükafat alacaq.

Əlavə olaraq, Amerika səfirliyi tərəfindən Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə 1000 manat məbləğində mükafat veriləcək.

- Bu ilki mükafatdan nə gözləyirsiniz? Sizcə, qalib kim olacaq, proqnoz verə bilərsinizmi? Axı münsiflərdən biri artıq öz rəyini səsləndirib.

- Əlbəttə, ədəbiyyatı sevən və bu kitab yayımının inkişafında maraqlı olan şəxs kimi mənim də proqnozlarım var.

Amma bir təsisçi kimi rəyimin ekspertlərə və münsiflərə təsiri olmaq ehtimalını nəzərə alaraq, ad çəkə bilmərəm.

Əsas odur ki, hamının arzu etdiyi yaxşı əsər birinci olsun.

Nəticədən qaliblərlə yanaşı, Azərbaycan ədəbiyyatı və ictimaiyyəti də faydalansın.

lenr.az

Həmçinin oxu
Rəşad Məcid: “Şahbaz bəy çap etdiyi muəlliflərə öz “oyuncaqları” kimi baxır”
Şahbaz Xuduoğlu: "Rəşad Məcid qərəzlidir"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG