Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

Qaddafıya qarşı beynəlxalq təzyiq güclənir


Muammar Qaddafi aksiyaçılara qarşı zorakılığı dayandırmaq üçün beynəlxalq təzyiqə məruz qalıb. 42 ildi ölkəni idarə edən Liviya rəhbəri dövlət televiziyası ilə qısa müddətli çıxışında paytaxtı tərk etmədiyini bildirib.

Onun istefasını tələb edənlərə qarşı Qaddafı zorakılıq işlədib, yüzlərlə adam ölüb. BMT-nin baş katibi Ban Ki Moon deyib ki, Təhlükəsizlik Şurası bu gün Liviyadakı vəziyyəti müzakirə edə bilər. Ərəb ölkələri Liqası da bu gün Qahirədə fövqəladə iclas keçirəcək. Eyni zamanda, Misir ordusu Liviya ilə sərhəddəki fəaliyyətini gücləndirib. Liviyada on minlərlə misirli var.

Günün bütün mövzuları

XS
SM
MD
LG