Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:54

Deputatlar 7 əsgərin ölümünə münasibət bildirdilər


Milli Məclis
Milli Məclis
Son 6 ildə Azərbaycan ordusunda itkilərin sayı 500-ə çatır. Bunun 300-dən artığı qeyri-döyüş şəraitində baş verib.

Bu rəqəmi Milli Məclisin fevralın 22-də keçirilən iclasında hakimiyyət yönlü Ana Vətən Partiyasından olan deputat Zahid Oruc səsləndirib. O deyib ki, dövlət başçısı yanında Silahlı Qüvvələrə Nəzarət Qrupu artıq özünün işləkliyini sübut etməlidir.

Fevralın 20-də orduda 7 əsgərin ölümünə başqa deputatlar da münasibət bildiriblər.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov Zahid Orucun bu 500 rəqəmini haradan aldığını bilmədiyini deyib.

İqbal Ağazadə isə bildirib ki, martın 15-də hökumətin hesabatı zamanı Müdafiə naziri də gəlib hesabat verməlidir. Çünki bu, orduda ilk hadisə deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG