Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:31

Sürücülər Milli Məclisin qarşısında aksiya keçirib


Fevralın 21-də 20 nəfərdən çox yük avtomobilinin sürücüsü Milli Məclisin qarşısında toplaşaraq etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə, sürücülərin narazılığı
Nəqliyyat Nazirliyinin əməkdaşlarından olub. Onlar bildiriblər ki, dövvlət rüsumu 110 manat olduğu halda onlardan 500 manat tələb olunur. Sürücülərin sözlərinə görə, ödəməli olduqları digər rüsumlar da onlardan artıqlaması ilə tələb olunur.

Onlar yerli sürücülərlə ölkəyə daxil olan Türkiyədən gələn tranzit yük maşınları və sürücülər arasında fərq qoyulduğundan şikayət ediblər.

Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə onları qəbul edib və sürücülərə ödədikləri pula görə çek tələb etməli olduqlarını da bildirib. Aparat rəsmisi problemlə bağlı məsələnin araşdırılacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG