Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

İran gəmiləri 23 ildə ilk dəfə Süveyş kanalına daxil olub


Məlumatlara görə, İranın iki hərbi gəmisi bu gün Süveyş kanalına daxil olub. 1979-cu ilin İslam İnqilabından bu yana ilk dəfədir ki, kanalı keçir.

Reuters xəbər agentliyi rəsmilərə istinadən xəbər verir ki, gəmilər yerli vaxtla səhər saatlarında kanala daxil olub.

Digər xarici xəbər agentlikləri də məlumat verirlər ki, İran gəmiləri kanalı keçərək Suriyaya doğru hərəkət edir.

İranla soyuq münasibətlərdə olan İsrail isə bəyan edib ki, hərbi gəmilərin kanala daxil olmasını İranın Yaxın Şərqdəki igtişaşlardan istifadə edib öz təsirini genişləndirmək cəhdidir.

İran gəmilərinin kanaldan keçməsinə prezident Hüsnü Mübarəkin istefasından sonra ölkəyə rəhbərlik edən Ali Hərbi Şurası icazə verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG