Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

Prezident məcburi köçkünlərin yayış şəraitinin yaxşılaşdırılmasına dair sərəncam imzalayıb


Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr təsdiq edilir. Amma həmin əlavələrin məzmunu hələlik aydın deyil. Sənəd ayrıca yayılacaq.

Sərəncamda qeyd edilir ki, məcburi köçkünlərin böyük əksəriyyəti hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər.

Ona görə də sərəncamda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və Dövlət Neft Fonduna tapşırılır ki, proqrama əlavələrdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində və Dövlət Neft Fondunun büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsünlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG