Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

“Azəryolservis” şirkətinin işçiləri mükafatlandırıldı


Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin iki əməkdaşına “Əməkdar Mühəndis” fəxri adı verilib. Prezident İlham Əliyevin fevralın 21-də imzaladığı sərəncamda deyilir ki, onlar Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə mükafatlandırlırlar.

Prezident İlham Əliyev həmçinin həmin Cəmiyyətin işçilərindən birinin “Şöhrət” ordeni, 17 nəfərin isə “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam verib.

Son illər Azərbaycanda yol tikintisi işlərinə dövlət büdcəsindən milyardlarla manat pul ayrılır. Tənqidçilər bəzi magistral yolların tikintisi zamanı külli miqdarda dövlət vəsaitinin mənimsəndiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG