Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:20

Misir Mübarək və onun ailəsinin bank hesablarını dondurmağı xahiş edir


Misirin Baş prokuroru fevralın 21-də xarici ölkələri keçmiş prezident Hüsnü Mübarəkin özünün, arvadının və oğlanlarının adına olan bütün bank hesablarını dondurmağa çağırıb.

Britaniyanın Baş naziri bu gün Misirə səfər edib. O, Mübarəkin istefasından keçən son 10 gün ərzində bu Misirə səfər edən ilk xarici ölkə rəhbəridir. Qahirədə hava limanında David Cameron jurnalistlərə bildirib ki, bu səfəri hazırda hərbçilərin rəhbərlik etdiyi Misirdə demokratik islahatların aparılmasına kömək üçün böyük fürsət hesab edir.

Britaniya Baş nazirinin Misirin yeni rəhbərliyi və müxalifəöt fəalları ilə görüşü nəzərdə tutulur. Amma Cameron Müsəlman Qardaşlığı islamçı təşkilatı ilə görüşməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG