Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Gaddafinin harda olduğu məlum deyil


Liviya liderinin harda olduğu məlum deyil. Onun ailəsi ilə birlikdə ölkəni tərk etdiyi barədə hələlik təsdiqlənməyən məlumatlar var.

Liviyada özəl “Qurnya” qəzetinin fevralın 21-də verdiyi məlumata görə Liviyanın Ədliyyə naziri Muhammad Abud Al Jeleil istefa verib. Nazir istefasını “etiraz askiyası iştirakçılarına hədsiz zorakılıq edilməsi” ilə izah edib.

Britaniyanın xarici işlər naziri William Hague jurnalistlərə bildirib ki, o, dünən Liviya lideri Gaddafinin oğlu Saif al-İslamla danışıb:


- Britaniya hazırda Liviyada yaranan vəziyyətdən həddən artıq narahatdır. Mən dünən Gaddafinin oğlu Saif al-İslamla danışdım. Etiraz askiyası iştirakçılarına qarşı gücdən istifadə edilməsini pislədim

Fevralın 21-də Brüsselə toplaşan Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Liviyadakı vətəndaşlarını bu ölkədən çıxarmağı müzakirə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG