Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:08
Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.

Lent.az-ın məlumatına görə, fevralın 21-də Dillər Universitetində təşkil olunan tədbirdə Yazıçılar Birliyinin katibi Rəşad Məcid S.Seyidova üzvlük vəsiqəsini təqdim edib.

Daha çox siyasətçi kimi tanınan S.Seyidovun birliyə qəbulunun hansı əsərləri ilə bağlı olması haqda sualı cavablandıran R.Məcid "Oxu zalı"na bunları deyib:

- Keçən il Səməd Seyidovun “Fenomenologiya tvorçestva” adlı kitabı çapdan çıxıb.

AYB rəhbərliyi yaradıcı adamın psixologiyasi, yaradıcılığın mahiyyəti barədə maraqlı fikirlərin əksini tapdığı həmin kitabla tanış olduqdan sonra Səməd Seyidovun quruma üzv olması məsələsini qaldırıb.

Müəyyən obyektiv səbəblərə görə bu iş indi gerçəkləşib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG