Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:34

Liviyanın paytaxtında atəş səsləri eşidilir, maşınlar yandırılır


Fevralın 21-ə keçən gecə Muammar Gaddafinin əleyhdarları ilə ölkənin təhlükəsizlik qüvvələri arasında qarşıdurma paytaxt Tripolidə başlayıb.

Toqquşmalar paytaxtın mərkəzində və 4 əsas rayonunda davam edir. Şəhərdə atəş səslərinin eşidildiyi, avtomobillərin yandığı bildirilir.

Liviyada fevralın 15-də başlayan etiraz aksiyaları birinci dəfədir ki, paytaxta keçib. Yerli sakinlərin verdiyi məlumata görə, hökumət əleyhdarlarına qarşı digər ərəb ölkələrindən gətirilmiş muzdlulardan da istifadə olunur.
XS
SM
MD
LG