Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:05

Oğul Qaddafi vətəndaş müharibəsindən narahatdır


Liviya lideri Muammar Qaddafinin oğlu Seif al-Islam Qaddafi televiziya ilə çıxışında bildirib ki, ordu Liviya rəhbərini müdafiə etmək üçün döyüşəcək. O deyib ki, bəziləri ölkədə çevriliş etmək istəyir.

Oğul Qaddafi vətəndaş müharibəsindən ehtiyatlandığını da bildirib. Onu da deyib ki, bu gün parlament ölkədə islahatların aparılmasına və maaşların artırılması məsələsinə baxacaq.

Liviyada keçirilən hökumət əleyhinə nümayişlərdə 200-dən çox adamın öldüyü, minə yaxın adamınsa yaralandığı xəbər verilir.

Ölkənin şərqində yerləşən Benghazi şəhərində bazar günü təhlükəsizlik qüvvələri yenidən nümayişçilərə atəş açıb.

Muammar Qaddafi 42 ildən çoxdur ki, Liviyada hakimiyyətdədir.
XS
SM
MD
LG