Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:39
Sizcə, Avstraliyada şeir kitabının normal tirajı nə qədər ola bilər?..

Bəlkə bu məlumat bir ipucu oldu - Avstraliyanın 22 milyon nəfər əhalisi var...

Bu rəqəm kimlərəsə gülünc də gələ bilər, amma həqiqətdi..

Avstraliyada şeir kitabları 300-600 nüsxə arası satılır. Ən yaxşı halda isə 1000...

İndi deyin - nəşriyyat sahibi - biznes adamı olsaydınız, qapınızı döyən şairləri üzünüzdə hansı ifadə ilə yola salardınız?..

Bu satış rəqəmlərini 2010-cu ildə çap edilmiş bir hesabatdan götürmüşük.

Qərbi Sidney Universitetinin Avstraliya Mədəniyyət Şurası üçün hazırladığı həmin

Məlum olub ki, 1995-2005-ci illər arasında subsidiya ilə çap edilmiş əsərlərin 10 faizi nüfuzlu mükafatlara (1-ci yerə) layiq görülüblər. Daha 15 faizi isə belə müsabiqələrdə qısa siyahılara düşüblər.
hesabatda Avstraliyada dövlət büdcəsindən ədəbiyyata edilən yardımın nə dərəcədə effektiv olduğu araşdırılır.

Avstraliyada ədəbiyyata dövlət yardımı ənənəsi çoxdan var. amma 1973-cü ildən etibarən Avstraliya Mədəniyyət Şurasının Ədəbiyyat bölümü bu yardımları genişləndirib.

Hesabatı hazırlayanlar araşdırma üçün 1995-2005-ci illər arası dövrü seçiblər.

Bu dövrdə Avstraliya yazarlarının əsərlərinin çapı üçün

ümumilikdə nəşriyyatlara 2,7 milyon dollar subsidiya ayrılıb

(Avstraliya dolları məzənnəcə təxminən ABŞ dollarına bərabərdir)

10 il ərzində 884 kitabın çapına bu yolla yardım edilib. Bunlardan 34 faizi nəsr, 25 faizi şeir, 11 faizi pyes kitabları olub. Qalanları isə antalogiyalar və publisistik kitablar.

Subsidiyalı əsərləri çap etmək üçün müraciət etmiş nəşriyyatlar qarşısında müəyyən şərtlər qoyulur. Mədəniyyət Şurasının Ədəbiyyat bölümü onlardan subsidiyalı kitabların çapında aşağı tiraj həddinə əməl etməyi tələb edir.

Məsələn 1997-ci ilə qədər bu minimum hədd - nəsr kitaları üçün 1000 nüsxə, şeir kitabı üçün 250 nüsxə idi (1997-ci ildən sonra şeir kitabları üçün minimum tələb olunan tiraj 500-ə qaldırıldı).

Bundan başqa nəşriyyatlar kitabların satışından əldə etdikləri qazancın 10 faizini müəlliflərə ödəməlidirlər.

Nəsr kitablarının çapı üçün nəşriyyatlara ayrılan subsidyanın maksimum həddi 3000 dollar, şeir, eləcə də pyes kitabları üçün 1500 dollar və antalogiyalar üçün 3000 dollardır.

2003-cü ildə bu məbləğlər artırılıb - nəsr kitabı üçün 4000, şeir kitabı üçün 2500, pyeslər kitabı üçünsə 2000 dollar olub.

Hesabat hazırlanarkən 18 nəşriyyat rəhbəri ilə söhbət aparılıb, subsidiyaların nə dərəcədə effektivliyi barədə onların da fikri soruşulub.

Tanınmış Avstraliya şairi J.S.Dennis (1876-1938)
Bundan başqa

subsidiyalarla çap edilmiş 16 kitabın "taleyi" izlənib

, subsidiyaların həmin əsərləri yazmış yazarların karyerasındakı rolu araşdırılıb.

Həmin kitabların cəmiyyətdə necə qarşılandığı, ədəbi tənqidin onları necə qiymətləndirdiyi, həmin əsərlərin hansı nüfuzlu mükafatlara layiq görüldüyü izlənib.

Subsidiya verilmiş 34 Avstraliya nəşriyyatının çoxu müstəqil özəl nəşriyyatlar olub.

Hesabata görə, belə subsidiyalar kiçik nəşriyyatlar üçün həyati əhəmiyyətlidir. Bu pullar onların davamlı fəaliyyətinə kömək edir.

Subsidiyaların böyük nəşriyyatlar üçün belə həyati əhəmiyyəti yoxdur.

Araşdırma zamanı məlum olub ki, onlar subsidiyalarla çap etdikləri kitabları subsidiyalar olmasaydı nəşr etməzdilər.

Amma naşirlərin sözlərinə görə, subsidiyaların onlar üçün əsas xeyri o olub ki, onların ədəbiyyata maraqları artıb, yenilikçi, eksperimental əsərləri daha çox çap etməyə, daha çox risqə girməyə başlayıblar, həmin əsərlərin satılmayacağı, gəlir gətirməyəcəyindən daha az ehtiyatlanırlar.

Hesabatı hazırlayanlar subsidiyaların

xüsusən gənc yazarların karyerasına böyük təkan olduğunu müəyyən ediblər

Subsidiyalarla xeyli sayda debüt kitablar çap edilib. Bundan başqa əsərləri çoxluq tərəfindən etiraf edilən, lakin kitabları böyük tirajla satılmayan müəlliflər də dəstək alıblar.

Əgər nəzərə alınsa ki, naşirlər adətən belə müəllifləri yox, yetərincə tanınmış və əsərlərinin kommersiya baxımından uğurlu olacağını dəqiq bildikləri müəllifləri çap edirlər, onda subsidiyaların əhəmiyyətini təsdiqləmək olar.

Məlum olub ki, 1995-2005-ci illər arasında subsidiya ilə çap edilmiş əsərlərin 10 faizi nüfuzlu mükafatlara (1-ci yerə) layiq görülüblər. Daha 15 faizi isə belə müsabiqələrdə qısa siyahılara düşüblər.

İntervülər zamanı naşirlərin bildirdiklərinə görə, subsidiyalar onlara imkan verib ki, bəzi kitabları, xüsusən də şeir kitablarını ucuz qiymətə müştərilərə təklif etsinlər. Bu isə həmin kitabların alışına müsbət təsir edib.

Subsidiyalar həm də bədii əsərlərin tərtibatını yaxşılaşdırmağa, daha cəlbedici etməyə, üz qabığının keyfiyyətli şəkillərlə bəzədilməsinə imkan verib.

Naşirlər subsidiyların artırılmasını təklif edirlər ki, çap olunan kitabların reklam edilməsi. məsələn, kitab dükanlarında şeir kitablarını sərgiləmək üçün ayrıca piştaxta ayrılması və s. mümkün olsun.

Araşdırma zamanı məlum olub ki, subsidiyalar şeir kitabları üçün xüsusilə vacibdir. Subsidiya almış hər 4 kitabdan biri şeir kitabı olub.

Hesabata görə, Avstraliyada şeir kitabının kommersiya uğuru gətiriməsi çətindir və

demək olar ki, bütün şairlərin kitablarının çapına yardım tələb olunur

Hətta Judith Beveridge, Joanne Burns, Robert Adamson, John Kinsella, Gig Ryan, Sarah Day, Lee Cataldi, Alan Wearne və Peter Rose kimi tanınmış, yüksək mükafatlara layiq görülmüş Avstraliya şairlərinin də kitablarına subsidiya ayrılmaqda davam edir.

Nəsr əsərlərinin orta tirajı şeir toplularından bir neçə dəfə yüksək olur. Bəzən isə kitab əsasında film çəkiləndə və uğur qazananda kitabın da tirajı rekord həddə - 30 mindən 60 min nüsxəyəcən arta bilər.

Hesabatı hazırlayanlar qeyd edir ki, nəşriyyatlar həmişə buraxdıqları kitablar haqqında müsbət yazılar yazılmasını arzu edirlər. Amma hətta əsər haqqında tənqidi, yaxud onun hansısa aspektini tənqid edən yazılar dərc ediləndə də bu, kitaba maraq yarada bilər.

Amma kitaba tənqidçilər tərəfindən müsbət qiymət verilməsi heç də o demək deyil ki, kitab mütləq yaxşı satılacaq.

Bunun əksi də baş verə bilər.

Sidney şəhəri
Avstraliyada ədəbi tənqidi materiallar dərc edən mətbu nəşrlər, on-line jurnallar az deyil.

Bundan başqa "The Australian" və başqa böyük qəzetlər həftəsonu buraxılışlarında ədəbi tənqidə xüsusi yer ayırırlar. Amma çap olunan əsərlərin heç də hamısı ədəbi tənqidçilərin diqqətini çəkmir.

Subsidiylarla buraxılmış kitablar da istisna deyil. Amma hesabatı hazırlayanlar araşdrma üçün seçdikləri, subsidiya ilə çap edilmiş kitabların ədəbi tənqidin diqqətini nə dərəcədə çəkməsi, onlar haqda nə yazılmasını da həmin əsərlərin uğurlu olub-olmamasının göstəricilərindən biri kimi nəzərə alıblar.

Tənqidçilərin diqqətini çəkmiş subsidiyalı əsərlərin bir çoxu haqda müsbət rəylər yazılıb.

Araşdırmada qeyd edilir ki, nəşriyyatlar satış rəqəmlərini paylaşmağa az həvəsli olsalar da, ümumilikdə subsidiya ilə buraxılmış kitabların bir çoxunun kommersiya baxımından özünü doğrultduğu və təkrar çap edildiyi məlum olub.

Həmçinin oxu
Finlərdən nə öyrənə bilərik?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG