Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:29
  • Almaniyanın paytaxtı Berlində təşkil edilən 61-ci Berlin Film Festivalında (Berlinale) mükafat sahibləri bəlli olub.

  • Ən yaxşı film üçün verilən «Qızıl Ayı» mükafatını, İranlı rejissor Asghar Farhadinin «Jodaeiye Nader az Simen» (Nadirlə Simenin ayrılması) adlı filmi qazanıb.

  • «Gümüş Ayı» mükafatının ən yaxşı rejissor nominasiyasında, «Schlafkrankheit» adlı filmin rejissoru Ulrich Köhler, ən yaxşı ssenari nominasiyasında «The Forgiveness of Blood» adlı film mükafata layiq görülüb. Ən yaxşı qadın aktrisa və əŸn yaxşı kişi aktyor nominasiyasında da mükafatlar «Jodaeiye Nader az Simen» filminin aktyorlarına verilib.

  • Macar rejissoru Bela Tarranın «A Torinoi Lo» (The Turin Horse) filmi münsiflərin böyük mükafatını qazanıb.

  • Rusiyanı təmsil edən Aleksandr Mindadzenin «Şənbə günü» filmi isə bu il mükafatsız qalıb.
XS
SM
MD
LG