Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 10:25

Çadra dizaynına maraq artır



Liz Gooch
New-York Times


Moda dünyasında Yaxın Şərqdə müsəlman qadınlarının geyindiyi çadraya kiminsə «vurulması» barədə eşitmək nadir haldır.

Hətta özü buddist olan və modanı incəliyinə kimi bilən Malaziya-Çin dizayneri Melinda Looinin şərhləri də təəccüblüdür. O deyir ki, Yaxın Şərqə səyahət edəndə çadranın müxtəlif formalarını görüb:
- Qadınlar hətta tamam bürünsələr də, çox cazibəli görünürdülər.

Looi həm də kolleksionerdi, kolleksiyalarının arasında bir sıra çadra var. Onun sözlərinə görə, müsəlman olmayan dizaynerlər İslam stilinə maraq göstərirlər.

ÇADRA MODASI

Pakistan, Camerron, hətta Niderlandan olan dizaynerlər ilə Müsəlman qadınlara daha çox alternativ variantlar təklif etmək barədə danışarkən aydın görünür ki, müsəlman ölkələrində işləyən qeyri-müsəlman qadınlar üçün gəlirli bir biznes qurulması can atımı var.

Melinda Looisinin İslam dəbi ilə tanışlığı o vaxt başlayıb ki, Yaxın Şərqdə olanda qadınlar ondan öz üzün ətəkli geyimini İslam qaydalarına uyğunlaşdıra bilib-bilməyəcəyini soruşublar.

İşi ilə bir çox müsəlman müştəriləri cəlb edən Melinda deyir ki, onların ehtiyaclarını ödəmək çox asandır. O, indi İslam geyimini tikir və qara çadranı krujeva və muncuqla bəzəyir.

Ötən il Melinda Looi Kuala Lumpurda keçirilən İslam Moda Festivalında bu sahəyə verdiyi töhvəyə görə qiymətli mükafat aldı.

Festivalın təşkilatçısı Rza Şah deyir ki, Looinin yeni dizaynı hec də «100 faiz İslamyönlü deyil», amma o, tələblərə cavab verməyi bacarıb.

İSLAM MODA DA GÖSTƏRƏ BİLİR

Rza Şah keçmiş model və aktyordur. Deyir, 2006-cı ildə Kuala Lumpurdə İslam Moda Festivalı keçirmək qərarını ona görə verib ki, dünyaya “İslamın yalnız terrordan ibarət olmadığını” göstərsin.

Cakartadakı illik festivalla yanaşı, o, həmçinin qərara alıb ki, Dubayda, Abu Dabi, Monte Carlo, London və Nyu-Yorkda da bu tədbiri keçirsin.

Ötən il Kuala Lumpur festivala 50 dizaynet qatılıb. Rza Şah deyir ki, hər il festivala qatılmaq istəyən qeyri-müsəlman dizaynerlərin sayı artır: “Onlar tələbatı görürlər və istəyirlər ki, öz yaradıcılıqlarını gücləndirsinlər”.

DİZAYNERLƏR ÇADRAYA MUNCUQ DÜZÜRLƏR

İndoneziyalı dizayner Musa Widyatmodjo deyir ki, o, «Musa Atelier» etiketi ilə tikdiyi paltarlara İndoneziya üslübu qatmaq üçün yerli texnologiyadan istifadə edir, onları batiklə, şüşə muncuqla bəzəyir.

O, dizaynerliyə 10 il əvvəl başlayıb: ilk vaxtlar öz müsəlman dostları üçün dizaynerlik edirmiş. İndi onun kolleksiyasının 30 faizini 225 min dollar dəyərində İslami geyimlər tutur: «Müsəlmanlar fikirləşmir ki, əgər bunu qeyri-müsəlman dizayner tikibsə, o, İslam qaydalarını geyimdə əks etdirmək üçün məsuliyyət daşıyır. Mən qaydalara əməl edirəm, amma həm də öz üslubumdan istifadə edirəm».

MÜSƏLMAN ÜÇÜN XÜSUSİ İDMAN HİCABI

Hollandiya dizayneri Cindy van den Bremenin isə konkret hərəkətverici «stimuli»olub. Təxminən 10 il əvvəl o, dizaynerlik üzrə təhsil alanda eşidib ki, Hollandiya müsəlman qıza məktəbdə gimnasitika dərsinə başıbağlı girməyə qadağa qoyub, hesab olunub ki, sancaqlarla bərkidilən baş geyimi onun təhlükəsizliyinə problem yaradır.

O qərara alıb ki, sancaqla bitişdirilməsinə ehtiyac olmayan baş geyimi hazırlasın – həm İslam qaydalarını əhatə etsin, həm də təhlükəsiz qaydalarına uyğun olsun.

Capsters kolleksiyasında bu ilk mərhələ olub. O indi capsters.com saytında idman geyimlərinə aid baş geyimlərini satır. Bu geyimlər 24 dolardan 39 dollara qədər dəyişir. Qaçış, üzgüçülük, tennis, aerobika və bu kimi idman növləri üçün nəzərdə tutulan hicab yüngülçəkili, havakeçirən materialdan hazırlanıb.

Cindy van den Bremen deyir ki, o, bu hicabların dizaynını çəkməzdən əvvəl bir çox müsəlman qadın və qızlarla söhbət edib. İnternet vasitəsilə verdiyi müsahibəsində deyir ki, o, Hollandiya problemini həll etdiyini düşünür: «Həm də fikirləşirəm ki, sonda bu, universal olacaq».

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG