Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:59

Liviyada 200-dən çox adamın öldürüldüyü xəbər verilir


Liviyada keçirilən hökumət əleyhinə nümayişlərdə 200-dən çox adamın öldüyü, minə yaxın adamınsa yaralandığı xəbər verilir.

Bu barədə qərb agentlikləri şəhər xəstəxanalarından birinə istinadla xəbər verirlər.

Human Rights Watch təşkilatı isə azı 173 adamın öldüyünü xəbər verir.

Ölkənin şərqində yerləşən Benqazi şəhərində bazar günü təhlükəsizlik qüvvələri yenidən nümayişçilərə atəş açıb.

Ölkə paytaxtı Tripolidə isə nisbi sakitlikdir.

Prezident Muammar Kaddafi 40 ildən çoxdur ki, hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG