Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Rafsanjaninin mitinqdə həbs edilən qızı azadlığa buraxılıb


Faezeh Hashemi 1992-1996-cı illərdə parlamentin ən fəal üzvlərindən olub.
Faezeh Hashemi 1992-1996-cı illərdə parlamentin ən fəal üzvlərindən olub.
İranda 1 etirazçının öldürüldüyü bildirilir

İran polisi və yarımhərbi Bəsic qüvvələri bazar günü Tehranın mərkəzində müxalifətin nümayiş keçirmək cəhdinin qarşısını alıb.

Bu barədə İTAR TASS agentliyi xəbər verir.

Al Arabiya televiziyası isə bu günkü etiraz aksiyalarında onlarla müxalifət fəalının saxlandığını, birinin öldürüldüyünü, bir neçəsininsə yaralandığını xəbər verir.


İranda keçmiş prezidentin qızı həbs edilib


İranda fevralın 20-də müxalifətin keçirdiyi etiraz askiyasında iştirak edən keçmiş prezident Akbar Hashemi Rafsanjaninin qızı Faezeh həbs edilib. Bu xəbəri “Reuters” İranın rəsmi informasiya agentliyinə istinadən yayıb. Rəsmilər onun qəzəbli bəyanatlar və təxribatçı şüarlar səsləndirdiyi üçün saxlandığını bildiriblər.

"Fars" xəbər agentliyi məlumat verir ki, Faezeh Rafsanjani bir neçə saat saxlandıqdan sonra azad edilib.


***


Tehranın bir neçə yerində hökumət əleyhinə aksiyalar keçirilir

Müxalifət saytları paytaxtın küçələrinə əlavə polis və təhlükəsizlik qüvvələri çıxarıldığını, nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edildiyini xəbər verirlər.

Həmçinin Radio Fərda Şiraz, İsfahan və Mehabad şəhərlərində etiraz aksiyaları keçirildiyini xəbər verir.

Fars informasiya agentliyi isə xəbər veri ki, müxalifətin çağırışlarına baxmayaraq sakitçilikdir.

Müxalifət liderləri Mir Hossein Mousavi ilə Mehdi Karroubi müxalifəti bazar günü Tehran və ölkənin digər şəhərlərində kütləvi etiraz aksiyalarına çıxmağa çağırmışdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG