Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

«Gömrükdə heç kəsdən əlavə rüsum tələb olunmur»


«Xaricdən Azərbaycana gətirilən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsində heç kəsdən əlavə rüsum tələb olunmur». Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov ANS-ə bildirib ki, hər bir vətəndaş Komitənin internet saytına girməklə rüsum və vergiləri özü hesablaya bilər.

«Bizim əsas məqsədimiz odur ki, insanlar normal gömrükdən keçsinlər, avtomobilləri üzrə dəqiq rüsumlar alsınlar. Biz buna çalışırıq və bizim yerli idarələrə də məlumat verilib ki, cənab prezidentin tapşırığına əməl etsinlər. Digər tərəfdən əhalinin nəzərinə çatdırıram ki, onlar bizim Komitənin yenilənmiş saytından istifadə etmək, eyni zamanda 192 saylı telefona müraciət etmklə də hər bir məlumatı ala bilərlər. Lazımi düymələri basmaqla onları almaq olar» - deyə Mirqasım Vahabov bildirib.
XS
SM
MD
LG