Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:39

«Siyahımızdakı təşkilatlardan yalnız birini qeydiyyata alıblar»


Ötən il 124 qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında məlumat verilib.

Qeydiyyata Alınmayan QHT-lərin Əlaqələndirmə Şurasının sədri Oqtay Gülalıyev AzadlıqRadiosuna bildirib ki, qeydiyyatı ilə bağlı maneələrlə üzləşənlərin siyahısından yalnız bir təşkilat qeydiyyata alınıb: «Kürdəmirdə yerləşən bu təşkilat da artıq Azərbaycanda bütün məhkəmə instansiyalarını keçmişdi, artıq Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşırdı, qeydiyyata aldılar. Amma siyahımızdakı 30 təşkilatın qeydiyyatına yenə də maneələr yaradılır».

Oqtay Gülalıyevin sözlərinə görə, bu təşkilatların bəziləri də Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır.
XS
SM
MD
LG