Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:11

Əfqanıstanda banka edilmiş hücumda ölənlərin sayı 35-i keçib


Şənbə günü Əfqanıstanın Calalabad şəhərində banka edilmiş hücumda azı 35 nəfər ölüb, 70-dən çox adamsa yaralanıb.

Bəzi məlumatlarda ölənlərin 40-dan çox olduğu bildirilir.

Hərbi geyimdə olan yraqlılar və intiharçılar şənbə günü “Kabulbank”-ın şəhərdəki filialına basqın ediblər.

Bu hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Hücum, təhlükəsizlik xidmətinin əməkdaşları banka maaş dalınca gələrkən törədilib.
XS
SM
MD
LG