Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

İranda kütləvi etiraz nümayişləri gözlənilir


İran müxalifəti tərəfdarlarını bu gün Tehran və ölkənin digər şəhərlərində kütləvi etiraz aksiyalarına çağırıb.

Müxalifətin Kaleme.com saytı bu gün ölkədə “Dini diktaturaya qarşı mübarizə” çağırışıyla nümayiş gözləndiyini yazır.

İranın daxili işlər naziri Mostafa Mohammad Najjar xəbərdarlıq edib ki, əgər müxalifət küçələrə çıxsa nümayiş dağıdılacaq.

Bir sıra mühavizəkar deputatlar və dini xadimlər hazırda ev dustağı olan müxalifət liserləri
Mir Hossein Mousavi ilə Mehdi Karroubinin edam olunmalarını tələb edirlər.

Fevralın 14-də Tehranda keçirilmiş etiraz aksiyasında təhlükəsizlik qüvvələri ilə toqquşmada 2 nümayişçi ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG