Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Bəhreyində hakimiyyətlə müxalifət arasında danışıqlar gözlənilir


Bəhreyində minlərlə nümayişçi gecəni paytaxt Manamanın mərkəzi meydanında keçirib.

Şənbə günü ordu şəhərin mərkəzindən çəkildikdən sonra nümayişçilər meydana girərək düşərgə salıblar.

Bazar günü müxalifətlə hakimiyyət arasında danışıqlar gözlənilir.

Şahzadə Salman bin Hamad al Khalifa şənbə günü televiziyayla müraciətində sakitliyə və siyasi dialoqa çağırıb.

Şahzadə bundan əvvəl orduya paytaxtın küçələrindən çəkilməyi göstəriş verib ki, bu siyasi dialoqa getməkdə müxalifətin əsas tələblərindən biriydi.
Bəhreyni sünni azlığı idarə edir.

Müxalifət hökumətin istefasını və ölkədə şilərə qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG