Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:16

Nigar Duyğu. Sərçənin sevgi nəğməsi


Yenə yağış yağar


Yenə yağış yağar
Süzülüb pəncərəmdən axar
Bəzən də pəncərəmə dık-dık....
mənimlə danışmağa çalışar.
mənə görüşdən danışar.

onu həsrətlə gözləyəninə qovuşar
öpər torpağını mənə öpüşündən danışar
həsrətlə qucaqlaşan sevgililərdən
bir yerlərdə açan çiçəkdən,
yağış altında islanan balaca pişikdən,
bir gülüşündən,
gözləyişdən,
danışar.
bir qaçışdan, islanışdan,
skamyada tənhalardan,
bir qadından,
və bir də ki yanaqlarda göz yaşalarından,
düşər damla-damla yarpaqlara, otlara
axar süzülər yollara
küçələrdə gölməçələşməyindən,
saflığından təmizliyindən
ovuclarımda gizlənib mənə gizliliyindən,
bir də səndən danışar....
Şırlayar, axar, susar yağar...


Sərçənin sevgi nəğməsi

qanadları qırılmış sərçə hələ söylənməmiş nəğməsini bəstələyir
bir nəğmə söyləyir
kimsə anlamaz onu
budağı qırılmış ağac axtarır qonub nəğməsini söyləməyə tələsir
küləklər əsir yağış-boran yolunu kəsir
...o məsum qandlarını əzir....
o sərçə budağı qırılmış ağac gəzir
bu da bir xəyal
qəfəsində ah çəkir


Bir dünya yaratmışam

Dünya yaratmışam gözlərində mən,
Orda günəşim var, ulduz-ayım var.
Dünya yaratmışam əllərində mən.
O qoşa ovcunda sevgi payım var.

Dünya yaratmışam dodaqlarında,
Hələ deyilməmiş misralarım var.
Dünya yatarmışam mən qollarından
Gör öndə nə xoşbəxt ilim-ayım var.


Bir sözün yetər

Bircə sözün yetər, sənə gələrəm,
Sənli günlərimi qoxumaq üçün.
Misraya dönərəm , şeirə dönərəm,
Özlədiyində məni oxumaq üçün.

Bircə sözün yetər nura dönərəm,
Gözünə mələk görünmək üçün.
Çiçəyə dönərəm, gülə dönərəm,
Hər sabah sevgiylə öpülmək üçün.

Bircə sözün yetər, bala dönərəm,
O şirin ləbinə qovuşmaq üçün.
Günəşə dönərəm, aya dönərəm,
Səni səmalardan soruşmaq üçün

Bircə sözün yetər, quma dönərəm,
Ayağın altına sovrulmaq üçün.
Tikana dönərəm, daşa dönərəm,
Səni yad gözlərdən qorumaq üçün.

Bircə sözün yetər gözə dönərəm,
Axan göz yaşını qurutmaq üçün.
Nəğməyə dönərəm, sözə dönərəm,
Səni qucağımda uyutmaq üçün.

Damarda dolaşan qana dönərəm,
Ruhumla ruhuna qovuşmaq üçün.
Anılan mənalı ana dönərəm,
Kövrək duyğularında yaşamaq üçün.

Ən zərif, ahəngli rəngə dönərəm
Səni xəyallara daldırmaq üçün.
Səmanı şəfəq tək mən bürüyərəm.
Səni zirvələrə qaldırmaq üçün.


Nə deyim gözlərinə?

Sənin gözlərinə günəşmi deyim?
Yox günəş bizdən axı çox uzaqdadı.
Mənimçün gözlərin adi göz deyil
Görəsən gözlərin indi hardadı?

Sənin gözlərinə ulduzmu deyim,
Yox! Ulduzlar ancaq gecələr olur
Sənin gözlərini necə sevməyim?
Gözlərin görməsəm gözlərim dolur

Sənin gözlərinə dənizmi deyim,
Yol olur dalğalı bulanıq dəniz
Sənin gözlərin gözümdə mənim
Nə qədər durudur nə qədər təmiz

Yazarklub

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG