Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Müsavat 100 yaşında böyük dəyişikliklərə ümid edir…


«Təbriz» kinoteatrında tədbir
«Təbriz» kinoteatrında tədbir
«2011 təkcə Müsavat ili yox, həm də Azərbaycanda demokratik inqilab ili olacaq».

Bu fikirləri Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı fevralın 19-da «Təbriz» kinoteatrında keçirilən tədbirdə partiyanın icra katibi Arif Hacılı səsləndirib.

Partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı da Tunis və Misirdən sonra növbəti demokratikləşmə prosesin Azərbaycanda gedəcəyinə ümid etdiklərini bildirib.

Müsavat başqanı İsa Qəmbər də bu il dəyişikliklərin olacağından danışdı.

«DÜNYADA AVTORİTAR REJİMLƏR, DİKTATORLAR QALMAMALIDIR»

«Biz Azərbaycanı dəyişəcəyik. Dünyada böyük bir dəyişim dövrü başlayıb. Yeni bir mərhələ başlayıb. Bəşəriyyətin iradəsi budur ki, dünyada avtoritar rejimlər, diktatorlar qalmamalıdır, hamısı getməlidir. Gedəcəklər də, qala bilməyəcəklər. Sadəcə necə gedəcəklər, o ayrı söhbətin mövzusudur. Onu da yeri gələndə müzakirə edəcəyik».

İsa Qəmbərin bu sözlərindən sonra zalda hakimiyyətin ünvanına «İstefa!» şüarları səsləndi.

İsa Qəmbər
Yubiley tədbirində çıxış edən AXCP sədri Əli Kərimli isə yaxın gələcəkdə Azərbaycan xalqını birləşdirəcək daha bir məqamın olacağını bildirib. Onun fikrincə, bu birləşmə Azərbaycana demokratiya və azadlıq gətirəcək.

Sabiq millət vəkili Pənah Hüseyn də azadlıq uğrunda mübarizənin elə də uzaqda olmadığını deyib.

«YA BU, YA DA GƏLƏN AY»

«Ya bu, ya da gələn ay Azərbaycana layiq olmayan hakimiyyətə, qaranlığa, istibdada qarşı mübarizəmiz başlayacaqdır və biz qalib gələcəyik».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG