Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

M.Əliyev: «Elə etmək lazımdır ki, məmurlar istəsələr belə rüşvət ala bilməsinlər»


Mehman Əliyev
Mehman Əliyev
«Panorama» verilişində «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu hökumətin korrupsiyaya qarşı elan etdiyi mübarizəni dəyərləndirir.

- Artıq korrupsiyaya qarşı elan edilən mübarizədən 3 həftə keçir. Bu 3 həftədə sizi qane edən nə olub, qane etməyən nə?

Mehman Əliyev:

«BU, BEYNƏLXALQ TƏŞKİLATLARIN İSTƏYİDİR»


- Hələ qiymət vermək üçün çox tezdir. Bəziləri hesab edir ki, bu qısamüddətli kampaniyadır. Yaxud da Misirdə baş verənlərin təsiridir. Ancaq mən belə hesab etmirəm. Bir dəfə demişəm, yenə deyirəm: bu, Dünya Bankı ilə həyata keçirilən layihənin tərkib hissəsidir. Bir il əvvəl heç kim gözləmirdi ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə başlayacaq. İndi də çoxları buna inanmır. Ancaq mən buna optimist baxıram. Onu da deməliyəm ki, idarə və nazirliklərin bir-birlərinin ardınca kollegiya iclasları keçirməkləriylə məsələ bitmir. Sistemdə dəyişiklik edilməlidir. Elə bir mexanizm yaradılmalıdır ki, məmurlar istəsələr belə rüşvət ala bilməsinlər. Bu, beynəlxalq təşkilatların istəyidir. Azərbaycan bu yolu getməlidir. Bu yolu getməmək olmaz. Azərbaycan ya bu yolu gedəcək ya da tamam avtoritar bir ölkəyə çevriləcək.

Mübariz Əhmədoğlu:

«BU PROSES ÇOX YAXŞI GEDİR»

- Mən də hesab edirəm ki, prosesə hələ qiymət vermək çox tezdir. Hələ ki, prosesin necə başladığına dəyər vermək olar. Mənim anladığıma görə də, bu proses çox yaxşı gedir. Həm korrupsiyanın qarşısını almaq üçün preventiv tədbirlərə, həm də kadr dəyişikliklərinə başlanıb . Bundan başqa struktur dəyişiklikləri də həyata keçirilir...».

- Bizə ən müxtəlif məlumatlar gəlir. Məsələn, notariuslarda rüşvətin yığışdığı deyilir. Ancaq gömrükdə, vergidə vəziyyətin dəyişmədiyi bildirilir. Sizin müşahidəniz nədir?


Mehman Əliyev:

Mübariz Əhmədoğlu
- Ən müxtəlif məlumatlar gəlir. Bəzi sahibkarlar deyir ki, rüşvət yığışdırılır. Bəziləri isə deyir ki, elə həmin vəziyyətdir.

- Siz mübarizənin yolun nədə görürsünüz?


Mehman Əliyev:

«PAKET İSLAHATLAR HƏYATA KEÇİRİLMƏLİDİR»

- Məsələn indi vahid yoxlama sistemi yaratmaqdan söhbət gedir. Yəni vergi ya da başqa bir qurum yoxlamaya başlamaq istəsə, qeydiyyatdan keçməlidir. Bəlkə heç yoxlamaya icazə verilmədi. Məqsəd rüşvətə yönəlik yoxlamaların qarşısını almaqdır. Yaxud da beynəlxalq təşkilatların təklifi var. Sərhəddə Gürcüstan və Azərbaycan gömrükçülərinin vahid bir sistemini yaratmaq. Nəticədə həm süründürməçiliyin, həm də rüşvətxorluğun qarşısını almaq olar. Burada başqa məsələlər də var. Yəni paket islahatlar həyata keçirilməlidir...

Mübariz Əhmədoğlu:

«AĞIR MƏSƏLƏDİR...»

- Mən burada Mehman Əliyevin bu məsələyə sağlam münasibətini görürəm. Bu məsələdə ictimai dəstək də çox önəmlidir. Ağır məsələdir. Hər şeyi öz adı ilə demək lazımdır. Notariuslarda rüşvət yığışdırılırsa, bu sahəyə rəhbərlik edən şəxslərə təşəkkür edilməlidir. Gömrükdə rüşvət dayanmayıbsa, biz nəzərə almalıyıq ki, bu, vaxt aparacaq. Deməli, bu adamlardan aktivlik tələb edir. Heç kim şikayət etməyi donosbazlıq kimi dəyərləndirməməlidir...

XS
SM
MD
LG