Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:49

«Ev telefonlarına limit qoyulsa da, bəzi xidmətlər ödənişsiz olacaq»


Müəyyən xidmətlər ödənişsiz, yəni limitə daxil olmayacaq
Müəyyən xidmətlər ödənişsiz, yəni limitə daxil olmayacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ev telefonlarına yeni ödəniş qaydalarının tətbiqi üçün mart ayında Tarif Şurasına müraciət edəcək.

Bunu Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov ANS-ə açıqlamasında bildirib.

İ. Məmmədov deyib ki, istənilən halda təkliflərdə əhalinin maddi vəziyyəti nəzərə alınacaq və yeni ödəniş qaydaları əhali üçün sərfəli olacaq. Üstəlik, stasionar şəbəkələr həddən artıq yüklənməyəcək.

Nazir müavini bildirib ki, Tarif Şurasına müraciət zamanı əhalinin bütün təbəqələrinin maraqları mütləq nəzərə alınacaq:

«Müəyyən xidmətlər ödənişsiz, yəni limitə daxil olmayacaq. Misal üçün, telefon bağlı olsa belə, təcili tibbi yardım, fövqəladə hallar və digər qəza xidmətlərinə zəng etmək mümkün olacaq».

Təkliflər qəbul olunsa, ay ərzində abonentlərə 450 dəqiqə pulsuz danışmağa icazə veriləcək. Limitdən artıq danışığın hər bir dəqiqəsi üçün mobil telefonlarda olduğu kimi, müəyyən məbləğdə vəsait ödəniləcək. Tarif paketində əvvəlki tarif sisteminin də ləğv edilməyəcəyi bildirilir. Başqa sözlə, abunəçilərə bir neçə paket təklif olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG