Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

Erməni qüvvələri yenə də atəşkəsi pozub


Ermənistanın hərbi bölmələri ötən gecə İcevan rayonundakı mövqelərdən Azərbaycan ordusunun Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən mövqelərini, atəşə tutublar.

Həmçinin erməni birləşmələri Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri , habelə, Füzuli rayonundakı adsız yüksəkliklər, Aşağı Seyidəhmədli, Alıxanlı və Aşağı
Əbdülrəhmanlı kəndləri yaxınlığındakı mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və iri çaplı silahlardan atəşə tutublar.

Azərbaycanın Müdafiə Nazirliyi düşmənin cavab atəşi ilə susdurulduğunu, itki olmadığını bildirir.
XS
SM
MD
LG