Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:55

Bəhreynin mərkəzində etiraz nümayişi keçirilir


Bəhreyində minlərlə nümayişçi şəhərin mərkəzi meydanına daxil olub.

Xüsusi təyinatlı polis dəstələri əvvəl nümayiçilərə qarşı güc tətbiq eləsələr də sonradan meydanı tərk ediblər.

Orduya şəhərin mərkəzi küçələrindən çıxmaq göstəriş verilib.

Müxalifətdə olan şiə qrupu bundan əvvəl hakimiyyətin ümummilli dialoqa getmək təklifini rədd edib.

Vefaq blokunun liderləri bildiriblər ki, ilk növbədə hökumət istefa verməli, ordu qüvvələri isə paytaxtın küçələrindən çəkilməlidir.

Qeyd edək ki, Bəhreyni sünni azlığı idarə edir.

Aksiyaçılar hökumətin istefasını və şiələr qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər.
XS
SM
MD
LG