Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:41

Afrikanın ən çox hakimiyyətdə olan 10 lideri


Muammar Gaddafi
LİVİYA

Muammar Gaddafi 41 il 5 aydır hakimiyyətdədir.

Gaddafi 1969-cu ilin sentyabrında dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ alıb. O, müxtəlif maraq qrupları arasında balanslaşdırılmış siyasət aparır. Hakimiyyətdə qalmaq üçün səxavətlə neftdən istifadə edir.

Fevralın 17 və 18-də Liviyada müxalifətçilərə açılmış atəş nəticəsində azı 24 nəfər həlak olub. Bu haqda hüquq müdafiə təşkilatı «Human Rights Watch» Liviyadakı mənbələrə istinadla bildirib.

Fevralın 18-də hökumət ölkə rəhbəri Muammar Gaddafiyə qarşı etiraz aksiyalarının keçirilməsinə imkan verməyib.

Paytaxt Tripolidə müxalifət fəalları həbs olunub. Liviyanın ikinci böyük şəhəri olan Benghazidə Gaddafinin tərəfdarları ilə aksiyaçılar arasında qanlı toqquşmalar olub.

EKVATORİAL QVİNEYA

Teodoro Obiang Nguema Mbasogo 31 il 6 aydır hakimiyyətdədir. 1979-cu ilin avqustunda əmisi Maciası devirəndən sonra hakimiyyətə gəlib. Ölkədə çoxpartiyalılıq sistemə keçidlə bağlı 1991-ci ildə yeni Konstitusiya qəbul edilib.

2011-ci ildə «Human Rights Watch» hesabatında bildirirdi ki, 2009-cu ildə keçirilən sonuncu prezident seçkisində çoxlu qanunsuzluqlar olub. Həmin vaxt Mbasogonun 95.4 faiz səslə qalib gəldiyi bildirilirdi.

ANQOLA


Robert Mugabe
Jose Eduardo Dos Santos 31 il 5 aydır hakimiyyətdədir. 20002-ci ildə UNITA qiyamçıları ilə müharibə olub. 2008-ci ildə bu müharibədə qələbə qazanıb. Bundan sonra onun hakimiyyəti daha da güclənib. Onun 2012-ci ildə keçiriləcək seçkidə qalib gələcəyi, hətta 2022-ci ilə qədər hakimiyyətdə qalacağı bildirilir.

ZİMBABVE


Robert Mugabe 30 il 9 aydır hakimiyyətdədir. Keçmiş marksist olan Mugabe 1987-ci ilin aprelində Zimbabvenin baş naziri olur. Elə həmin ildə vitse-prezident olur. 2008-ci ildə keçirilmiş mübahisəli seçkilərdən sonra Baş nazir Morgan Tsvangirainin partiyası ilə koalision hökumət yaradır.

KAMERUN


Paul Biya 28 il 3 aydır hakimiyyətdədir. 1982-ci ilin noyabrında hakimiyyəti prezident Ahmadou Ahidjodan alıb. 2004-cü ilin oktyabrında daha 7 il müddətinə prezident seçilir. Bu ilin sonunda daha bir seçki gözlənilir.

KONQO RESPUBLİKASI

Denis Sassou Nguesso 26 il 11 aydır hakimiyyətdədir. O, 1979-cu ilin fevralında dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib. 1992-ci ildə keçirilən ilk çoxpartiyalı seçkilərdə alim Pascal Lissoubaya məğlub olub. 1997-ci ildə vətəndaş müharibəsi zamanı yenidən hakimiyyəti ələ keçirib.
Yoweri Museveni xəstəxanada terrordan xəsərat alanlara baş çəkir
2004-cü ildə daha 7 il müddətinə prezident seçilib.

UQANDA


Yoweri Museveni 25 ildir hakimiyyətdədir. 1986-cı ilin yanvarında 5 il davam edən partizan müharibəsindən sonra Kampalanı ələ keçirərək özünü prezident elan edib. Siyasi partiyaları qadağan edib. 1996-cı ildə yenidən çoxpartiyalılıq sistemi bərpa edib. Bu il keçiriləcək seçkidə də 4-cü dəfə qalib gələcəyi gözlənilir.

SVAZİLEND

Kral Mswati III 24 il 9 ay hakimiyyətdədir. O, cənubi Afrikada yeganə sonuncu mütləq monarxiyanın rəhbəridir. 1987-ci ilin aprelində taxt-taca oturub. Bu ölkədə 1973-cü ildən siyasi partiyalar qadağan olunub. 2006-cı ildə yeni konstitusiya qəbul edilsə də, siyasi partiyalara olan qadağa götürülməyib.

Hüquq müdafiə təşkilatları Kral Mswatini diktator kimi ölkəni öz əmlakı kimi idarə etməkdə tənqid edirlər.

BURKİNA FASO


Blaise Campaore 23 il 4 aydır hakimiyyətdədir. Sələfi Thomas Sankaranı 1987-ci ildə devirib. Xalq arasında böyük nüfuzu var. 2005-ci ilin noyabrında böyük üstünlüklə qələbə qazanıb.
Omar Hassan al-Bashir
2010-cu ilin noyabrında yenidən prezident seçilib.

SUDAN


Omar Hassan al-Bashir 21 il 7 aydır hakimiyyətdədir. 1989-cu ilin iyununda demokratik yolla seçilmiş keçmiş Baş nazir Sadeq al-Mahdi hökumətini devirəndən sonra özünü prezident elan edib. 2010-cu ildə yenidən prezident seçilib. 2009-cu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi onun həbsi üçün order verib.

Prezident kürsüsündə oturan bir şəxsin həbsi haqqında Beynəlxalq Cinayət Məhkəməsinin order verməsi ilk haldır. O, Darfurda genosid törətməkdə ittiham olunur. BMT-nin məlumatına görə, Darfur münaqişəsində 300 min adam həlak olub.

Ötən ay keçirilən səsvermə ilə ölkə iki yerə bölünüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG