Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:09
Eldar Əzizov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyevin fevralın 18-də imzaladığı fərmanla Sumqayıtdan çıxarılan Vaqif Əliyev isə Mədəniyyət və Turizm nazirinin birinci müavini təyin edilib.

Prezidentin başqa bir sərəncamı ilə Yevlax şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev isə Gəncəyə icra başçısı göndərilib.

Yevlaxa isə indiyə qədər başçının birinci müavini olan Qoca Səmədov rəhbər təyin edilib.

Prezident həmçinin, Tahir Kərimovu Salyana icra başçısı qoyub. O, buna qədər Daşkəsən rayona rəhbərlik edirdi.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov millət vəkili seçildiyindən, onun səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Etibar Hüseynova keçmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG