Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:01

ATƏT Belorusdakı məhkəmələrdən narahatdır


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilati (ATƏT) Belarusda müxalifət fəallarına qarşı keçirilən məhkəmə proseslərindən ciddi narahatlığını bildirib.

Cümə günü məhkəmə müxalifət fəalı Vasil Parfenkovu 4 il azadlıqdan məhrum edib. O, ötən il dekabrın 19-da keçirilmiş prezident seçkisindən sonra Minskdə hərcməclik salmaqda günahkar bilinib.

Belarus müxalifəti həmin gün nəticələrin saxtalaşdırılmasına etiraz olaraq Minskdə etiraz aksiyasına çıxmışdı.

Bu iş üzrə prezidentliyə 5 keçmiş namizəd də daxil olmaqla ümumilikdə 42 nəfər mühakimə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG