Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Gənc qadınların məşğulluğu layihəsi həyata keçirilir


«Gələcəyə Körpü» Gənclər İctimai Birliyi Beynəlxalq Əmək Təşkilatı və CVcenter.az saytı ilə birlikdə Azərbaycanın qərb rayonlarında gənclərə CV yazma, iş axtarma strategiyası və müsahibə bacarıqları mövzusunda təlimlər təşkil edir.

Təlimlər «Böhrandan təhlükəsiz və layiqli əməyə doğru» layihəsi çərçivəsində həyata keçirilir. Layihəyə 2010-cu ilin yanvar ayında start verilib və 2013-cü ilədək davam edəcək.

Layihənin əsas hədəfi işsiz gəncləri, xüsusilə gənc qadınları sahibkarlıq fəaliyyətinə cəlb etməkdən ibarətdir.
XS
SM
MD
LG