Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Yəməndə 3 aksiyaçı həlak olub


Yəmənin cənubundakı Ədən şəhərində polisin nümayişçilərə açdığı atəş nəticəsində 3 nəfər həlak olub. Həkimlərin verdiyi məlumata görə, bu gün yerli xəstəxanalara 20 yaralı gətirilib.

Yəmənin paytaxtı Sanada isə polislə etirazçılar arasında baş verən qarşıdurmada 20-dən artıq adam yaralanıb.

Yəməndəki etiraz aksiyaları artıq bir həftədir davam edir. Etirazçılar 32 ildir ölkəyə rəhbərlik edən prezident Əli Abdulla Salehin istefasını tələb edirlər.

Cümə namazından sonra yeni nümayişlərin keçiriləcəyi gözlənilir.
XS
SM
MD
LG